Xəbər lenti

Ermənistan Ədliyyə Nazirliyi:
Siyasət 17:10 20.05.2024

Ermənistan Ədliyyə Nazirliyi: "Həmin ərazilər bizim deyil"

Ermənsitanın Tavuş vilayətinin Kirants kəndinin sakinlərinə daşınmaz əmlaka dair kadastr şəhadətnamələri səhvən verilib. 

Qaynarinfo xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyi konstitusiya hüququ üzrə erməni ekspert Vardan Poqosyanın mediaya verdiyi son müsahibəyə cavab verərək bildirib. 

"Qeyd etmək lazımdır ki, müvafiq hüquqların dövlət qeydiyyatı düzgün olmayan məlumatlar əsasında aparılıb. Bu qeydiyyat həmin ərazilərin Ermənistanın suveren ərazisinin bir hissəsi olması ilə bağlı iddialar üçün hüquqi əsas ola bilməz”, - Ədliyyə Nazirliyi qeyd edib.

Xatırladaq ki, konstitusiya hüququ üzrə erməni ekspert Vardan Poqosyan verdiyi müsahibədə Kirants kəndində sərhədin delimitasiyası çərçivəsində kəndlilərin evlərindən çıxarılmasının qanunsuzluğunun lehinə arqument olaraq qeyd edib ki, kəndlilərin kadastr şəhadətnaməsi var, bu da həmin ərazilərin Ermənistan Respublikasına aid olduğunu bildirir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->