Foto 17:29 16.11.2017

Ermənistandakı rus hərbi bazasının hərbçiləri itkin düşüb (FOTO)

Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi itkin düşüb.
 
"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hərbi hissənin nümayəndələri iki gündür onların axtarışı ilə məşğuldurlar.
Məlumata görə, itkin düşənlər muzdlu hərbçilərdir.

Qeyd edək ki, 2017-ci ilin aprelində də bu hərbi hissədən hərbçilər itkin düşmüşdü.
 
Qaynarinfo.Az