Dünya 17:00 25.06.2018

Əsəd qüvvələri mülki vətəndaşları vurdu: 6 ölü, 7 yaralı

Suriyada Bəşər Əsəd rejiminin ölkənin cənubuna təşkil etdiyi hücumda 6 mülki vətəndaş dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Dera qəsəbəsinin bombalanması nəticəsində 7 nəfər isə yaralanıb.

Əsəd rejimi 6 gündür ki, müxaliflərin nəzarətində olan Busra Əl Hərir, Lacat və Hirak bölgələrinə hava və quru hücumları təşkil edir. Əməliyyatda hökümət qüvvələrinə Rusiya dəstək verir.

Gülşən