Foto 18:30 26.02.2018

Əsəri Türkiyənin sərvəti olan azərbaycanlı rəssam kimdir? (FOTOLAR)

Azərbaycanlı rəssamın Mustafa Kamal Atatürkə həsr etdiyi portret Türkiyə Cümhuriyyətinin sərvəti olaraq, Ankarada Atatürkün ev muzeyində sərgilənir.

Qaynarinfo xəbər verir ki, portretin müəllifi tanınmış rəssam Günay Mehdizadədir.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Günay Mehdizadənin "Milli Qablar” əsəri Dünya Uşaq Ensiklopediyasına daxil edilib.

Xatırladaq ki, 2017-ci ildə gənc rəssamın "Bir baxışla Xocalı faciəsini yaşa” adlı tablosu ictimaiyyətə təqdim olunub.