Dünya 17:10 20.11.2017

Əslində heç vaxt var olmayan əfsanəvi 7 yer (FOTOLAR)

Bəzi yerlərin varlığının yalnız əfsanədən ibarət olduğunu bilirsiniz? 

"Qaynarinfo” tarix boyu bir sıra toplumlarda əfsanəyə çevirilən və var olduqlarına inanılan, gerçək olmayacaq qədər gözəl olan fantastik yerləri təqdim edir.

1. Babilin Asma bağları
 

 
Hər nə qədər dünyanın 7 möcüzəsindən biri hesab olunsa da, Babilin Asma bağları əslində heç vaxt var olmayıb. Aparılan arxeoloji qazıntılar zamanı Babildə belə bir bağın olmasına dair hər hansı bir iz tapılmayıb. 
 
Əfsanələrə görə, kral II Nabukadnezar bu bağı gəldiyi torpaqlar üçün darıxan həyat yoldaşı Amitisə toy hədiyyəsi olaraq saldırmışdı. 
 
2. Saquenay Krallığı 
 

 
Fransız əsilli Jakques Kartyer qızıl axtarmaq üçün Çinə getməyi planlaşdırır. Bu gün Kanada olaraq tanınan bu ölkədən kəçərkən hindu bir ata və oğulları ilə tanış olur. Oğullar Kartyerin qızıl axtarışında olduğunu öyrənəndə onunla oyun oynamağa qərar verirlər və onu əslində heç var olmayan Saquenay Krallığına yönəldirlər. Krallığın qızıl ilə dolu olduğuna inanan Kartyer o qədər tamahkardır ki, pul, qızıl, portağal və ədva içərisində üzən krallıq insanlarının tək ayaqlı olduqlarına, yarasa kimi uça bildiklərinə, yemək yemədiklərinə və hətta, anuslarının olmadığına inanır. Və Kartyerin ömrü bu krallığı axtarmaqla keçir. 
 
3. Lyonesse
 

 
Əfsanəyə görə, bu gün İngiltərədən ayrı olan Siciliyi adaları əvvəllər ölkəyə bağlı olub və Lyonesse Krallığı adlanıb. Krallığın Atlantis kimi su altında qaldığına inanılır. Bu krallıqda çox gözəl və güclü insanlar 140-dan çox kilsə inşa ediblər. Ancaq Tanrı bilinməyən bir səbəbdən bir gecə onlara qəzəblənib və krallığı nəhəng dalğaların altında qoyub. Fırtınadan xilas ola bilən tək insan atını necə çapıbsa, atın nalı ayağından çıxıb. Günümüzdə həmin insanın soyundan gəldiyini söyləyən ailələr vücudlarındakı at nalı işarəsini göstərirlər. 
 
4. Zerzura
 

 
Antik zamanlarda insanlar səyahət edərkən iqlim şərtlərinə görə quraq ərazilərdən keçə bilmirdilər. Bu dönəmlərdə dəvə ilə də olsa, səhradan keçmək ölümcül idi. Əfsanəyə görə, Zerzura səhranın ortasında ağ divarlarla əhatələnmiş və qapısında bir quşun gözlədiyi, susuzluqdan və aclıqdan ölmək üzrə olan insanların quşun ağzındakı açar ilə qapını aça biləcəkləri bir yer idi. 
 
5. Şanqri-La (Aqarta və Şamballah)
 

 
Əfsanəyə görə, bu yer Himalayın platformalarından birində olan kristaldan ibarət bir dağda yerləşir. Şanqri-La çətin bir yoldan sonra çata biləcəyiniz bir nöqtədə yerləşirdi. Bu yerdə buddistlər ahəng içində yaşamaqda idilər.
 
6. Bermud üçbucağı
 

 
Bermud üçbucağı əfsanəsinin kökü çox da qədimə dayanmır, təyyarələri və gəmiləri "udan” boşluq olaraq bilinir. Atlantik okenda Florida və Porto-Riko arasında yerləşən bu yerdə itkilər üçün müxtəlif versiyalar irəli sürülsə də, konkret nəticə əldə olunmayıb. Bəs həqiqətən də burda gəmilər və təyyarələr qeyb olurmu? Əslində isə burda baş verənlər dünyanın digər bölgələrində olan itkilərdən nə say, nə də başqa heç nə ilə fərqlənmir. 
 
7. Atlantis
 

 
Atlantisin əfsanəsi min illər əvvələ dayanır. İllərdir dünyanın hansı nöqtəsində olduğuna dair araşdırmalar aparılır. Antik filosoflara görə, burada texnologiya və elm həddindən artıq inkişaf etmişdi və onlar bunu pis əməllər üçün istifadə edirdilər. Atlantisə dair saysız-hesabsız hekayələr olsa da, bu yerin həqiqətdə var olub-olmadığı hər zaman sirr olaraq qalıb. 
 
Nərmin Həsənli
Qaynarinfo.Az