Xəbər lenti

Ət niyə ucuzlaşmır? (VİDEO)
Ekonomiks 22:32 14.05.2024

Ət niyə ucuzlaşmır? (VİDEO)

Hər il yaz  mövsumündə ucizlaşan ətin bu dəfə  qiyməti enmir.


Hazırda  bazarlarda quzu əti 18-19 manata, dana əti isə 14-15 manata təklif olunur.


Satıcılar deyirlər ki, ətin qiyməti qalxmaqda davam edəcək, çünki yem bahadır, mövsümü ucuzlaşma isə gözlənilmir.


Satıcıların sözlərinə görə, bahalığın səbəblərindən biri də bazar alverçilərinin fəallaşmasıdır. Bu gün fərdi təsərrüfatlarda yetişdirilən hey­vanları birbaşa satmaq, demək olar ki, mümkün deyil. Çünki alverçilər buna imkan vermirlər. Onlar da aldıqları heyvana əlavə qiymət qoyurlar.


İqtisadçı Elman Sadıqov deyir ki, Azərbaycanın idxaldan asılılığı artır. Elə buna görə də ətin qiymətinin mövsümü ucuzlaşması real görünmür.


Ekspertlər hesab edirlər ki, Azərbaycan ətə olan tələbatının 80-90 faizini yerli istehsal hesabına ödəyə bilər. Bu zaman qiymətlərdə ucuzlaşma daha çox müşahidə edilə bilər.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->