Foto 09:40 14.11.2017

Evli və sevgili olan məşhur yazıçılar (SİYAHI)

Biz yazıçıları yalnız insanlar kimi tanıyırıq. Onlar da elə bir istedad var ki, bu onları yalnızlaşdırır. Digər insanlardan bir addım öndə olmaq onları yalnızlaşdırır. Yazçının sevgilisi və ya həyat yoldaşı olduğunu bildiyimiz zaman həmin şəxsin başqa sahədə işlədiyini düşünürük. Sevgilisnin başqa sahədə çalışmağı yazıçını azad edər, yersiz rəqabət, qısqanclığın qarşısı alınır və yazıçının rahatlığını təmin edər. 
 
Lakin "The Guardian" qəzetinin araşdırmasına görə yazıçılar, da bir-birinə aşiq ola bilər. Ədəbiyyata olan sevgi bu beyinləri bir-birinə yaxınlaşdırır. Bu münasibətlər hər zaman fəlakətlə sonlanmır. Hətta bəzən iksinin də yazıçılıq qabiliyyəti daha yaxşıya doğru inkişaf edir. 

"Qaynarinfo" sevgili və evli olan yazıçı cütlükləri təqdim edir:
 
Vladimir Nabokov və Vera Nabokov 

Nabokovun "Lolita"sı tənqidçilər tərəfindən nə qədər pornoqrafik obraz kimi göstərilsə də, Vladimr Nabokov özəl həyatında mühafizəkar biri idi. Vera ilə 50 il evli qalır. Çox ağıllı qadın olaraq tanınan Veranın onun əsərlərinə təsiri çox böyükdür. Əsərləri ilk oxuyan da o olub. Oxuduqlarını cilalayır və mətinə axıcılıq verirdi. Vladimir Nabokov "Cornell"də dərslərə girməyəndədə onu Vera Nabokova əvəz edirdi. "Lolita"nın işıq üzü görməsi üçün Nobokovu o razı salıb. 
 
Georq Eliot və Corc Henri Leves

Georq Eliotun əsərləri çox anlaşılan olmasa da, Corc Henri Leves əvvəldən ona inanırdı. Özü də yazıçı olan Leves həm də filosof idi. Qadınlar üçün karyeranın önəmli olmadığı dönəmlərdə o sevgilsini daha çox yazmağa təşviq etdi. Uzun illər birgə yaşasalar da, Leves ilk həyat yoldaşından boşana bilmədiyi üçün evlənmədilər. "Miiddelmarch" və "Silas Marner" cütlüyün bir yerdə olduğu zamanlarda yazılıb. Həyatlarının sonuna kimi ayrılmayıblar.
 
Frensis Skott Fitskerald və Zelda Sayre Fitskerald

Cütlüyün fırtınalı münasibəti, qısqanclıq krizləri, böyük dava-dalaşları yazıçıya əziyyət verirdi, amma Zeldanın varlığı Skottun itedadını kütləşdirmək əvəzinə, daha da aydınlatdı. Hətta Skott Zeldanın gündəliyindən müəyyən parçaları öz romanında istifadə edib. Bu da Zeldanın ona olan hirsini tətikləyirdi. Buna baxmayaraq, Skott öldükdən sonra onun mirasına sahib çıxdı. Həyat yoldaşının məşhur romanı "Böyük Qetsbi"nin adını da o özü qoyub. Öz kitablarında da onun əl yazmalarından istifadə edirdi. 
 
Virciniya Vulf və Leonard Vulf
 
Leves kimi Leonard Vulf da həyat yoldaşındakı işığı görür və onu dəstəkləyirdi. "İntibah insanı" olaraq təqdim olunan Leonard Vulfu çox az adam tanısa da, incəsənət, siyasət, tarix, redaktoluq və s. kimi sahələri çox yaxşı bilirdi. Virciniyanın istedadı isə yalnız bir yerdə toplanmış nadir və böyük idi. Virciniyanın psixoloji problemləri var idi. O hər zaman depressiyada olurdu və həyat yoldaşı hər zaman onun üçün rahatortamlar yaradırdı. Virciniya Vulf intihar məktubunda bu məslələri qabartmış və hallalıq istəmişdi.
 
Coan Didion və Con Qreqori Dunne

Hər nə qədər Coan Didionun ulduzu indi həyat yoldaşındakından çox parlayırsa, bu evliliyin iki tərəfi də ədəbi tərəfdən olduqca uğurlu idi. Dunne "The New York Times"a verdiyi müsahibədə bildirirdi ki, kim ilk yazsa, digəri onun ilk oxucusu olur. Didion bir kitabında birlikdə yazdıqlarından, bir-birini tənqid etmələrindən yazmışdı. Aralarına rəqabət olmadığını deyən Didion "Conla mübahisə etmədiyim mövzu yoxdur. Onu hər zaman haqlı hesab etmirəm. Onun da məni haqlı saymadığı mövzular var idi, amma bir-birimizə hər zaman güvənirdik", kimi ifadələr işlətmişdi. 
 
Simon de Bovuar və Jan pol Sartr

Ədəbiyyatın dahi yazıçılarından olan bu cütlüyün münasibəti uzun zaman çəkir. Münasibətlərinin sonunda cinsəl həyatları olmadığı üçün hər iksi başqa insanlarla öz istəklərini təmin edirdilər. Lakin intellektual və duyğusal səmimiyyətlərini ömürlərinin sonuna kimi qorudular. Onlar bir-birinə yaşadıqları münasibətləri də danışırdılar. Hətta Bovuar tələbələrini başdan çıxarır və Sartra yönləndirirdi. Ətrafa qarşı olan bu acımasız davranışlar onları bir-birinə daha da yaxınlaşdırırdı. Şəxsi həyatlarını bir kənara qoysaq, önəmli ədəbiyyat nümunələri yaratdılar və bir-birlərinə intellektual tərəfdən çox ilham veriblər.
 
Persi Bişi Şelli və Mari Şelli

Persi və Marinin evliliyi hər zaman sabit olmayıb. Lakin bir-birinin yaradıcılığına hər zaman dəstək olublar və iksinin də buna çox ehtiyacə var idi. Marinin "Frankştein" əsərinin təməli Cenoada Corc Bayron və digər dostları ilə olan görüşdə qoyulub. Persi həmin vaxt bu əsərini romana çevirmək üçün onu həvəsləndirib. Persin dünyadan tez köçüb və onu şair kimi Mari tanıdıb. Öz əsərlərində Persinin şeirlərindən istifadə edib və onu məşhurlaşdırmağı bacarıb.
 
Stefan Kinq və Tabita Kinq
 
Stefan və Tabita ədəbi gücü olan cütlüyün, ailələri də bu mühitin nümayəndələri olub. 1971-ci ildə evli olan cütlüyün bir neçə romanı işıq üzü görüb. Lakin Stefan Kinq həyat yoldaşından daha məşhurdur. Buna görə də Tabitaya "dəstək göstərən həyat yoldaşı" adı verilsə də, onun da 9 romanı yaxşı qarşılanıb. Stefan onu məşhurlaşdıran "Göz"ü yazdığı zaman, bir qadının dünyagörüşünü düzgün ifadə etmədiyini sanır və əsəri yarımçıq qoyub. Tabita bu mövzuda ona güc verib və əsəri yazmağa cəsarətləndirib, üstəlik də bir qadının beyninə necə girməyi öyrədib. O olmasa, Stefan indi olduğu kimi yaxşı yazıçı ola bilərdimi? Cavabı bilmək mümkünsüzdür.
 
Conatan Safran Foer və Nikol Krauss

Bu iki yazıçının evliliyi ədəbi aləmin marağına və qısqanclığına səbəb olub. Cütlük həyatlarını göz önündə yaşamaq istəməsələr də, onların Broklində yaşadıqları və iki uşaqları olduğu məlumdur. 2004-cü ildə evləndikləri zaman biri ilk, o biri isə artıq ikinci romanının çap etdirmişdi. Münasibətləri haqqında danışmasalar da, romanlarında olan ailələrin təsvirindən bir-birinə olan dəstəklərini müşahidə etmək olur.
 
Zadi Smit və Nik Leid

Nik Leid ilə Zadi Smit tanış olduqları zaman iksi də Kembirc Universitetində tələbə idi. Tanışlıqlarına səbəb Smitin yazdığı hekayəni Leidin redaktə etməsi olub. Hazırda evli olan cütlüyün iki uşağı var. Leidin Smitin kölgəsində qaldığı deyilsə də, o bir neçə mükafat almış romanın və şeirlərin müəllifidir. Hazırda onlar bir-birinin əsərlərini redaktə edir və bir-birinə dəstək olurlar.
 
Maykl Çabon və Ayelet Voldman

Bu iki istedadlı yazıçı da özəl həyatlarını qabartmır. Hər iksi valideyinlik vəzifələrini anladan kitab yazıb. Hətta Voldman ərini uşaqlarından daha çox sevdiyini açıqlayıb. Çabon və Voldmanın 4 uşağı var və onlar bu öhdəliyi bərabər paylaşırlar.
 
Allen Qinzberq və Peter Orlovski

Bit cərəyanının önəmli nümayəndələrindən olan Allen Ginzberq və Peter Orlovski 1954-cü ildə tanış olub. Bir-birinə aşiq olur və münasibətləri 1997-ci il Qinzberqin ölümünədək sürür. 1950-ci illərdə Qinzberq Orlovskini də yazmağa təşviq edir. Heç vaxt Qinzberq səviyyəsində yaza bilməsə də, Orlovskidə Bit cərəyanının önəmli adlarından olub. İksi də bir-birinin xəbəri ola-ola başqa qadın və kişilərlə cinsi əlaqədə olub. Münasibətləri bəzən çox qarışıq hal alsa da, 40 il bir yerdə oldular və bunu evlilik adlandırdılar.
 
Samuel Klemens (Mark Tven) və Olivia Klemens

Mark Tvenlə Olivia Klemens 1867-ci ildə tanış olub. Münasibətlərinin əvvəllərində Mark Olivianı Çarlz Dikkensin romanlarının oxunduğu bir tədbirə aparır. Bu tədbirdə tutduqları ədəbi ton münasibətlərinin sonuna kimi davam edir. Markla Olivia 1870-ci ildə evləndilər. Olivia ərinin əsərlərinin redaktoru idi. Həyat yoldaşına məqalələrini və əsərlərini tamamlamağa kömək edib. Markın işlərinə qadın dünyagörüşünü əlavə edən də o idi. 
 
Lalə
Qaynarinfo.Az