Dünya 12:09 19.08.2018

Eyni anda 16 tibb bacısı hamilə qaldı (FOTOLAR)

ABŞ-ın Arizaona ştatındakı xəstəxanaların birində 16 tibb bacısı eyni anda hamilə qalıb.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, tibb bacıları doğumlarını bu ilin oktyabr ayından 2019-cu ilin yanvarına qədər gerçəkləşdirəcək və ondan sonra hamısı 12 həftəlik məzuniyyətə göndəriləcəklər.

Xəstəxana rəhbərliyindən çox sayda işçinin eyni anda məzuniyyətə göndərilməsi üçün indidən hazırlıqlara başlanıldığı bildirilib.

Həmçinin tibb bacıları hamilələik dövründə bir sıra vəzifələrdən də azad ediliblər. Belə ki, onların kimyaterapiya ilə məşğul olmalarına və vərəm xəstələrinə qulluq göstərmələrinə icazə verilmir.

Qadınlar birlikdə yeməkxanaya getməyi sevirlər. Onlara görə xəstəxananın menyusuna da dəyişiklik edilərək, duzlu salat və zeytun əlavə edilib.