Texnologiya 18:52 08.12.2018

"Facebook"da tam fərqli, yeni funksiya

"Facebook" şirkətinin yeni təcrübəsi satıcılara öz məhsullarını canlı yayım formatında nümayiş etdirməyə imkan verəcək. Hazırda bu yeni funksiya Taylandda sosial şəbəkənin ayrı-ayrı səhifələrində test olunur. 

Həmin səhifələrin abunəçiləri isə canlı yayımlar barəsində bildirişlər əldə edə və canlı yayım zamanı aktiv olan şərh bölməsində bu və ya digər məhsul ilə bağlı öz suallarını verə bilərlər. Əgər satıcı tərəfindən təqdim edilmiş məhsul təklifi istifadəçinin diqqətini cəlb etsə, istifadəçi sadəcə olaraq məhsulun əks olunduğu ekranın fotosunu çəkərək Messenger vasitəsilə satıcıya göndərə bilər. Məhsulun alışında ödəniş prosesi də elə Messenger vasitəsilə reallaşdırılır. Servis ödənişlərin göndərilməsi və qəbulu üzrə komissiya əldə etməyəcək. Facebook şirkəti isə öz növbəsində bu yeni funksiya barəsindəki xəbəri təəsdiqləyib. 

Test mərhələsi üçün Taylandın seçilməyi heç də təsadüfi deyil. Belə ki, sosial şəbəkənin Taylandda aktiv marketplace istifadəçisi çoxdur. Bu fuksiyanın digər ölkələrdə də təqdim edilib-edilməyəcəyi hələki tam aydın deyil. (fins.az)
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!