Foto 16:40 13.12.2017

Falçı qadının dəbdəbəli həyatı (FOTOLAR)

Slovakiyalı fotoqraf Lusiya Sekerkova Rumıniyanı kəşf etmək üçün səyahətə çıxıb, lakin falçı qadınla rastlaşandan sonra layihəsi fərqli məzmun kəsb etməyə başlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Sekerkova falçıların kraliçası olan "Baş cadügər" Mariya Kampinanın evinə girməyi bacarıb. Cadügər qadın əvvəlcə öz şəklinin çəkilməsini istəməsə də, fotoqraf onu razı sala bilib. Dəbdəbəli ev falçı qadının bu işdən qazandığı pulun miqdarını göstərir.

Rumıniya patriarxal cəmiyyət hesab olunur. Lakin fal baxmaq hüquqi cəhətdən peşə kimi qəbul olunur və bu işlə yalnızca qadınlar məşğul ola bilər. Bu səbəbdən, qadınlar daha çox pul qazana və iqtisadi cəhətdən kişilərdən daha güclü ola bilirlər. 

Fal baxdırmaq üçün yalnızca pul ödəmək bəs etmir. Falçılar müştəri ilə əylənməyi, onlara əvvəlcə yalnış və absurd informasiyalar verməklə səbrini, iradəsini sınamağı, emosiyalarını alt-üst etməyi sevirlər. Cadügərlər eyni zamanda faydalı bitkilər satırlar. Ağız sağlamlığı, depressiona yaxşı təsir edən yağlar, mədə ağrısına müsbət təsir edən bitki çayları və s. kimi faydalı məhsullar təklif edirlər. 

Rumın qızlara fal baxmaq qabiliyyəti ailədən keçir və onlar 18 yaşları tamam olan zaman bu işlə məşğul olmağa başlayırlar. Fal baxmaq Paqan mədəniyyətinə xas olsa da, əksər cadügərlər özlərini Xristian adlandırır. 

Rumıniyada falçıların sayı çox olduğu üçün güclü rəqabət var. Bəzi şəxslər hətta sayt yaradaraq orada xidmətlər təklif edirlər. Cadügərlər qiyməti 20-50 avro arasında dəyişən xidmətlər üçün uzun müddət hazırlaşır, meditasiya ilə məşğul olurlar.

Gülşən