İdman 12:07 06.02.2019

Fatih Terimin atası vəfat etdi

Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terimə ağır itki üz verib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Fatih Terimin atası Talat Terim Adanada müalicə edildiyi xəstəxanada həyatını itirib.

94 yaşlı Talat Terim bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. 

"Qalatasaray" klubu itki ilə bağlı futbol mütəxəssisinə baş sağlığı verib.

Gülşən