Dünya 14:56 19.11.2017

Fələstin ABŞ-ı hədələdi

Fələstin höküməti ABŞ-ı əlaqələri kəsməklə hədələyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, rəsmi Vaşinqton Fələstin Qurtuluş Təşkilatının ABŞ ofisinin bağlanacağını açıqlayandan sonra Fələstin bu qərara cavab verib. Cavabda bildirilir ki, əgər ABŞ FQT-nin Vaşinqton ofisini bağlasa, Fələstin bu ölkə ilə əlaqələri kəsəcək. 

Qeyd edək ki, ABŞ bu qərarı Fələstin İsraillə danışıq prosesində iştirakdan imtina etdiyi üçün qəbul edib. 

ABŞ xarici işlər nazirliyi FQT-nin lisenziyasını hər 6 aydan bir yeniləyir və danışıqların bərpa olacağı təqdirdə bu lisenziyanın verilə biləcəyini açıqlayıb.

Gülşən
Qaynarinfo.Az