Foto 18:15 20.01.2020

Fərid Şahbazlı seçicilərlə görüşlərə şəhid ailəsini ziyarətlə başladı (FOTOLAR)

78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı seçicilərlə görüşlərə şəhid Namaz Muradovun ailəsini ziyarətlə başlayıb. Şəhidin  Lerik rayonunun Günəşli kəndindəki evində olan deputatlığa namizəd onun ailə üzvləri ilə şəhidin həyatından və keçdiyi döyüş yolundan söhbət açıblar. 

Fərid Şahbazlı bildirib ki bütün şəhidlər Azərbaycan xalqının qürur və güvən mənbəyidir. Onlar ən ali, ən doğma münasibətə layiqdir.

Namizəd bildirib ki, şəhid ailələri Azərbaycanda yüksək dövlət qayğısı ilə əhatə olunublar.

Eyni zamanda Fərid Şahbazlı və seçki qərargahının üzvləri Lerikdə Şəhidlər Abidəsini ziyarət edərək, şəhidlərin ruhuna dualar oxuyublar.