Xəbər lenti

FİFA Dünya Kuboku sabah xüsusi təyyarə ilə Bakıya gətirilir
İdman 11:10 08.02.2018

FİFA Dünya Kuboku sabah xüsusi təyyarə ilə Bakıya gətirilir

FİFA Dünya Kuboku sabah səhər saatlarında xüsusi təyyarə ilə Bakıya gətiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) məlumat verib.

"FIFA Dünya Çempionatı Kubokunun Turu" 2017-ci ilin sentyabrında Rusiyada start götürüb. Bu turne altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və 9 ay ərzində 126 min km keçərək yolunu futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq.

FIFA Dünya Kuboku sabah Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirildikdən sonra "Gənclik Mall” ticarət mərkəzinə aparılacaq və burada şəhər sakinləri və qonaqlar dünya çempionatının əsas mükafatı ilə şəkil çəkdirə biləcəklər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->