Dünya 10:17 14.08.2018

Filippində fəlakət: 6 nəfər öldü, 60 min nəfər təxliyə edildi

Filippinin paytaxtı Manila və ətraf ərazilərdə davam edən güclü yağış və fırtına 60 min nəfərin təxliyəsi ilə nəticələnib.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, sel və torpaq sürüşməsi 6 nəfərin ölümünə səbəb olub. Ümumilikdə 1 milyon nəfər təbii fəlakətin təsirinə məruz qalıb, məktəb və dövlət müəssisələri fəaliyyətini dayandırıb.

Gülşən