Xəbər lenti

Film çəkilişləri dayanır? - Hollivud ssenaristləri son 15 ilin ən böyük tətilini keçirməyə qərar verdi
Dünya 17:17 02.05.2023

Film çəkilişləri dayanır? - Hollivud ssenaristləri son 15 ilin ən böyük tətilini keçirməyə qərar verdi

71
"Writers Guild of America"nın (Amerika ssenari müəllifləri gildiyası) Direktorlar Şurası mayın 2-də tətil elan etmək qərarını yekdilliklə təsdiqləyib. Belə ki, onun üzvləri əmək müqavilələrinin şərtlərini yaxşılaşdırmaq üçün kinostudiyalarla razılığa gələ bilməyiblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın "Twitter” səhifəsində bildirilir. "Axios”un fikrincə, ssenaristlərin tətili son 15 ilin ən böyük tətili ola bilər.

Tətil mayın 2-də yerli vaxtla saat 00:01-də (Bakı vaxtı ilə 09:01) başlayır. Portalın məlumatına görə, bundan sonra "Writers Guild of America"nın bütün üzvləri ssenari yazmaq kimi peşəkar vəzifələrini yerinə yetirməyi dayandıracaqlar. Lakin prodüserlik və rejissorluqla məşğul ola bilərlər.

Amerika ssenaristlər gildiyası ilə "Amazon", "Apple", CBS, "Disney", "NBC Universal", "Netflix", "Paramount Global", "Sony" və "Warner Bros."un daxil olduğu Kino və televiziya prodüserləri alyansı arasında 2020-ci il müqaviləsi mayın 2-də başa çatır. Müqavilə ssenaristlərin minimum əmək haqqını müəyyən etməklə yanaşı, onların işi ilə bağlı bütün hüquqi məsələləri də təsvir edir.

ABŞ-da ssenaristlərin ən böyük etiraz aksiyalarından biri 100 gün davam edib. 5 noyabr 2007-ci ildə Amerika ssenaristlər gildiyası tətilin başladığını rəsmən elan edib. Eyni zamanda 12 minə yaxın ssenarist işlərini dayandırıb. Onlar əmək haqqı sisteminin yenidən qurulmasını tələb ediblər. Çoxsaylı televiziya serialları müvəqqəti olaraq dayandırılıb, bəzi bədii filmlər və tok-şoular qeyri-müəyyən müddətə təxirə salınıb, bir neçə filmin mükafatlandırma mərasimləri ləğv edilib. Müxtəlif mənbələrə görə, tətil Los-Anceles iqtisadiyyatına 2,1 milyard dollar məbləğində ziyan vurub.

Amerika ssenaristlər gildiyası ilə Kino və televiziya prodüserləri alyansı arasında ilkin müqavilə 2008-ci il fevralın 8-də bağlanıb. Fevralın 10-da ssenaristlər gildiyasının rəhbərliyi yeni müqavilənin imzalanmasını təsdiqləyib. Fevralın 12-də tətil dayandırılıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->