Xəbər lenti

Dünya 12:47 14.09.2018

Florens ABŞ sahillərinə çatdı: çox sayda ölümə səbəb ola bilər

ABŞ-da proqnozlaşdırılan Florens qasırğası artıq ölkənin şərq sahillərinə çatıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, qasırğa Şimali və Cənubi Karolinada daha güclü olacaq. Rəsmilər Florensin çox sayda insanın ölümünə səbəb ola biləcəyi, güclü sel və daşqın yaradacağı barədə xəbərdarlıq edib. 1 milyondan çox insanın evakuasiyası barədə qərar qəbul olunub, minlərlə şəxs sığınacaqlara yerləşdirilib. 

Florensin sürəti hazırda quru ərazidə saatda 90 km sürətə çatıb və daha da artması gözlənilir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->