Dünya 09:57 04.12.2018

Fransa nümayişlərində ölüm baş verdi

Fransanın Marsel şəhərində davam edən etiraz aksiyaları ölümlə nəticələnib.

Qaynarinfo xəbər verir ki, nümayişlərdə iştirak etməyən yaşlı qadın evinin pərdələrini bağlamaq istəyərkən sifətinə qaz bombası atılıb. Ötən günlərdə baş verən hadisədən sonra qadın xəstəxanaya aparılmışdı, lakin onun öldüyü bildirilir.

Qeyd edək ki, aksiya iştirakçıları yanacaq qiymətlərinin qalxmasına etiraz edir və iqtisadi islahatlar tələb edir. 2 həftədən çoxdur davam edən nümayişlərdə 100-dən çox insan yaralanıb.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!