Sağlamlıq 18:27 21.02.2019

Fransada 2800 nəfər qripdən ölüb

Fransada "H3N2" qrip virusu 2800 nəfərin ölümünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, son 2 həftədə 25 min nəfər qrip səbəbilə təcili yardıma müraciət edib, 4379 nəfər xəstəxanaya yatırılıb. Həyatını itirənlərin 87%-i yaşı 75-dən yuxarı olan şəxslərdir. Qrip əleyhinə peyvənd bu virusla yalnız 21% halda mübarizə apara bilir.

Qeyd edək ki, "H3N2" 2015-ci ildə 18 min nəfərin ölümünə səbəb olmuşdu.

Gülşən