Dünya 17:22 15.10.2018

Fransada sel 13 nəfəri öldürdü

Fransanın cənubunda yerləşən Aude bölgəsində güclü yağış selə və itkilərə səbəb olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sel nəticəsində 13 nəfər ölüb. Helikopterlə xilasetmə, təxliyyə tədbirləri davam etdirilir.  

Ərazidə ilin bu dövrlərində güclü yağışların müşahidə edilməsi qeyri-adi hal hesab edilir.

Gülşən