Texnologiya 17:24 22.05.2018

Fransızlar dünyanın ən kiçik evini tikdilər

Fransız nanorobot mütəxəssisləri yeni bir mikrorobot sistemindən istifadə etməklə dünyanın ən kiçikölçülü evini inşa ediblər.

Qaynarinfo xəbər verir ki, mikro evlə bağlı ətraflı məlumat "Journal of Vacuum Science and Technology A" dərgisində yayımlanıb.

Femto-ST İnstitutunun nanorobot qrupunun bir çox mövcud texnologiyaları birləşdirərək hazırladıqları "μRobotex" sisteminin böyük bir vakuum mikro quruluşlar qurduğu və komponentləri nanometr həssaslığı ilə optik liflərə yerləşdirdiyi bildirilib.

Dünyanın ən kiçikölçülü evinin hər bir divarının uzunluğunun 15 mikro metr (metrin 15 milyonda bir hissəsi) olduğu və evə tozun belə yerləşmədiyi qeyd olunur.