Dünya 12:55 18.01.2020

FTB: Səudiyyə Ərəbistanı ABŞ-da cinayət törədən vətəndaşlarını qaçırır

Səudiyyə Ərəbistanı hökuməti imicini qorumaq üçün ABŞ-da ağır cinayət törədən vətəndaşlarını qaçırır.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Federal Təhlükəsizlik Börosunun hazırladığı hesabatda qeyd olunub. Hesabatda bildirilir ki, ABŞ hökuməti bu məsələni səudiyyəli rəsmilərlə birbaşa müzakirə etməsə, Ər-Riyadın bu fəaliyyətlərinə tezliklə son qoyacağı mümkün görünmür. Böyük bir hissəsi gizli saxlanılan hesabatın ictimaiyyətə açıq hissəsində səudiyyəli rəsmilərin öz vətəndaşlarını hansı yollarla qaçırdığına dair məlumat yoxdur. Sözügedən araşdırma Ər-Riyadın ABŞ-dakı bu kimi qanunsuzluqlarının sənədləşdirilməsi baxımından böyük önəm daşıyır.
 
Camal