İdman 20:29 01.04.2018

Futbol üzrə Azərbaycan milli komandasının kapitanı zədələnib

Topaz Premyer Liqasının XXI turunda keçirilən "Qarabağ" - "Keşlə" matçında qonaqların qapıçısı Kamran Ağayev zədələnib.

Qaynarinfo-nun report-a istinadən məlumatına görə, Azərbaycan milli komandasının kapitanı görüşün 40-cı dəqiqəsində əvəzlənib.

Onun yerinə meydana Orxan Sadıqlı daxil olub. Qarşılaşmada birinci hissədən sonra hesab 1:1-dir.