Xəbər lenti

Foto 19:43 08.04.2018

Futbolçu meydanda qana boyandı (FOTOLAR)

Şotlandiya çempionatının dünən keçirilən "Reyncers" - "Dandi" oyununda (4:0) qapıçı ağır xəsarət alıb. 

Qaynarinfo xəbər verir ki, qarşılaşmanın 85-ci dəqiqəsində qonaqların qapıçısı Elliot Pariş rəqib futbolçu Alfredo Morelosla toqquşaraq yerdə qalıb. Burnu və ağzı partlayan qolkiper oyunu izləyənləri qorxudub. 

Oyunu davam etdirə bilməyən Pariş komanda yoldaşı tərəfindən əvəzlənib. Hazırda onun vəziyyəti yaxşıdı.

Qeyd edək ki, bu oyunda "Qəbələ"nin sabiq üzvü də çıxış edib. Belə ki, qış fasiləsində "Qəbələ"dən ayrılaraq "Rencers"ə dönən Endi Hallidey 62-ci dəqiqədə meydana çıxıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?