Xəbər lenti

Video 16:30 25.11.2018

Futbolda görülməmiş anşlaq: azərbaycanlı azarkeşlər tribunanı 2 saat əvvəldən doldurdular (VİDEO)

 
Bu gün İran çempionatında Təbrizin "Traktorsazi” klubu Tehran təmsilçisi "Persepolis”in qonağıdı.

Matç Bakı vaxtilə saat 15:30-da "Azadi” stadionunda başlayıb. Bütün matçlarda olduğu kimi, bu derbidə də Təbriz komandasının azarkeşləri stadionda anşlaqa səbəb olub.

Belə ki, matçın start götürməsinə 2 saatdan çox vaxt qalmasına rəğmən, artıq azərbaycanlı azarkeşlər "Traktorsazi” tərəfdarları üçün ayrılmış tribundakı yerlərini doldurublar.

Qeyd edək ki, İran liqasının turnir cədvəlində "Traktorsazi” 22 xalla 3-cü, "Persepolis” isə 20 xalla 4-cü yerdə qərarlaşıb. (publika.az)

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->