Ölkə 12:13 06.05.2013

Gəncə Filarmoniyası gələn il istifadəyə veriləcək

Binada 3 min yerlik böyük, 4 kiçik zal və ikimərtəbəli avtomobil dayanacağı tikilir 

İnşasına keçən il başlanılmış Gəncə Dövlət Filarmoniyasının yeni binasının gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Gəncə şəhərinin baş memarı Əli Rüstəmovun bildirdiyinə görə, filarmoniyada 3 min nəfər tamaşaçı tutumlu 1 böyük və hər biri 100 nəfərlik olacaq 4 kiçik zal olacaq.

Müasirliyi və gözəlliyi ilə seçiləcək filarmoniyada ikimərtəbəli avtomobil dayanacağı tikiləcək.

Binanın qarşısında Gəncənin tanınmış yazıçı və şairlərinin, bəstəkarların abidələri qoyulacaqdır.

Filarmoniyanın binasında şəkil qalereyası, şəhərə baxış qülləsi, restoran və kafelər də fəaliyyət göstərəcək.

Qaynar.info