Xəbər lenti

Gəncədə cümhuriyyətlə bağlı plakat tutan azarkeşlər həbs edilib (FOTO)
Ölkə 09:52 21.05.2018

Gəncədə cümhuriyyətlə bağlı plakat tutan azarkeşlər həbs edilib (FOTO)

Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə "Kəpəz” – "Neftçi” oyunundan əvvəl yerli azarkeşlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankart açmaq istəyinə imkan verilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə supersport.az saytı xəbər yayıb.

Qeyd olunub ki, fanatlar qarşılaşmaya daxil olmaq istəyərkən əllərində AXC qurucularının, həmçinin yubileyə həsr olunan şəkillər olub. Polislər azarkeşlərin pankartı stadiona aparmasına imkan vermədiyi üçün qalmaqal baş verib. 

Hüquq-mühafizə orqanları əməkdaşları fanatlara fiziki güc tətbiq edib və "Cümhuriyyət Quran Kişilərin Nəvələriyik!” şüarına görə azarkeşlər həbs olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->