Ölkə 17:08 15.08.2013

Gəncənin qazı kəsildi

Gəncənin ikinci hissəsinə təbii qazın verilişi dayandırılıb.

Bu gün saat 13.00 radələrindən başlayaraq şəhərin ikinci hissəsini təbii qazla təmin edən ikinci qaz xəttinə qazın verilişi dayandırıb. Bu səbəbdən şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Adil İsgəndərov, Dədə Qorqud, Qoqol və bir neçə başqa küçələrdə yaşayan iki minə yaxın vətəndaş yanacaqsız qalıb. Gəncə şəhər Qaz İstismarı Sahəsinin baş mühəndisi Şubay Nəsibov APA-ya bildirib ki, qazın verilişinin dayandırılması təmir işləri ilə bağlıdır. Müsahib qeyd edib ki, təmir işləri ilə əlaqədar olaraq Dədə Qorqud küçəsində qaz xətlərinin yeri dəyişdirilir ki, məhz bu baxımdan da qazın verilişində fasilə yaranıb. Ş. Nəsibov bu gün axşam saatlarında qazın verilişinin bərpa ediləcəyini bildirib.

Qaynar.info