Video 11:41 21.09.2019

Baş Qərargah rəisinin Putini güldürən lətifəsi (VİDEO)

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov Prezident Vladimir Putini güldürüb.

Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, V.Putin ötən gün Orenburq regionundakı Donquz təlim ərazisinə səfər edib. Təlimdə iştirak edən hərbçilərə verilən yeməklər nümayəndə heyətinə təqdim edilən zaman V.Qerasimov lətifə danışıb:

"Komandir əsgərlərə verilən yeməkdən narazı qalır və qida şöbəsinin rəisini çağırır. O, rəisin arıq olduğunu görüb deyir: "Özün yemirsən deyə hamını ac saxlayırsan!".

Vladimir Putin və digərləri Gerasimovun lətifəsini gülüşlə qarşılayıb.