"Google"un ötən günlərdə əməkdaşlığı dayandırmaq barədə qərarından sonra "Microsoft" şirkəti də "Huawei"yə qarşı addım atıb.
Qaynarinfo xəbər verir ki, ABŞ nəhəngi Çin şirkətinə məxsus "Matebook X Pro" və 2Huawei MateBook D" model "Windows" kompüterlərini öz mağazalarından yığışdırıb.
Çinin texnologiya nəhəngi isə sanksiyaları 3 ay əvvəl təxmin etdiyini və öz "Windows" versiyasını hazırlamaq üzrə olduğunu açıqlayıb.
Qeyd edək ki, ABŞ "Huawei"i milli təhlükəsizliyə hədə adlandıraraq ciddi sanksiyalar tətbiq edib.
Gülşən
Şərhlər