Türkiyənin Dənizli şəhərində yaşayan Tolqa Pişkin adlı şəxs babasından miras qalan köhnə avtomobilinə 40 min lirə vəsait xərcləyərək, şəhərin ən gözəl retro avtomobilinə çevirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, 1974-cü ildən qalan "Murat 124" markalı avtomobili nostalji yaşamaq üçün təmir etdirdiyini bildrib.

Avtomobil təzədən yığılarkən bütün detalların orjinalından istifadə edilib. Təmiri 1 il çəkib. T.Pişkin orjinal detalları tapmaq üçün Türkiyənin müxtəlif şəhərlərini gəzib.

O, Mersedes markalı lüks bir avtomobilinin də olduğunu, lakin bunun qədər diqqət çəkmədiyini söyləyib.