İdman 12:22 18.06.2013

“Görün, futbolumuz nə gündədir ki, hətta Azərbaycan da…”

Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Haluk Ulusoy ölkə futbolunun hazırkı durumunu tənqid edib.

Qol.Az-ın verdiyi məlumata görə, o hazırda futbolda heç bir şeyin yaxşı vəziyyətdə olmadığını bildirib: "Kimsə işlərin yaxşı getdiyini deyə bilməz. Beləsi varsa da, deməli, ya özünü aldadır, ya ad ətrafdakıları ağılsız zənn edir. Milli komandadan bəhs edərkən ürəyim ağrıyır. Onsuz da sonsuz çəkişmələrə üzündən Türkiyə çempionatı ikiklublu bir liqaya çevrilib. Nəinki Avropa səviyyəsindəyik, heç bir il ölkədə bizim futbola maraq qalmayıb".

Ulusoy həmçinin qeyd edib ki, artıq Türkiyə futbolu elə vəziyyətə gəlib ki, Superkubokun oyununu hətta qardaş ölkə Azərbaycan da qəbul etməyib.

Qaynar.info