Xəbər lenti

Gültəkin Hacıbəyli işində şok detal
Ölkə 15:27 16.07.2013

Gültəkin Hacıbəyli işində şok detal

Keçmiş deputata qarşı istifadə edilən ailənin bir üzvü insan alverinə görə saxlanılıbmış

“Bakı şəhər sakini Aynurə Mehdiyeva tərəfindən dayə qismində dəvət etdiyi Filippin vətəndaşına zor tətbiq etməklə əməyinin istismar olunması faktı müəyyən edilib”. Bu məlumatı Daxili Işlər Nazirliyi iyunun 13-də yayıb.

Məlumatda daha sonra bildirilirdi: “13 iyun tarixində DIN-in Insan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may ayının 20-dən iyun ayının 10-dək olan müddət ərzində Bakı şəhər sakini Aynurə Mehdiyevanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Filippin vətəndaşını (28 yaşlı qadın) dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə əməyinin istismar olunması faktı müəyyən edilib”.

O zaman KİV-də bu barədə yayılan məlumatlarda Aynurə Mehdiyevanın əməlinə görə saxlandığı da əksini tapıb. “Azadlıq”a daxil olan məlumatlara görə, sonradan Aynurə Mehdiyeva sərbəst buraxılıb. Bunun da ciddi səbəbləri var. Məsələ burasındadır ki, Aynurə Mehdiyeva Milli Şuranın Beynəlxalq komissiyasının sədri Gültəkin Hacıbəylinin keçmiş baldızıdır. 

Bu yerdə yada salaq ki, Gültəkin Hacıbəyli Milli Şuraya üzv olduqdan sonra keçmiş həyat yoldaşı Mahmud Mehdiyev ona qarşı övlad iddiası ilə çıxış edib. 9 il maraqlanmadığı, üzünü görmədiyi oğlu Toğrul onun yadına düşüb. 

O, oğlu ilə görüşmək üçün məhkəməyə müraciət edib. Məhkəmə də Mahmud Mehdiyevin xeyrinə qərar çıxarıb. Lakin ictimaiyyət bütün bunların hakimiyyətin Gültəkin Hacıbəylini susdurmaq, mövqeyindən çəkindirmək üçün qurduğu oyun olduğunu başa düşüb və Mahmud Mehdiyev ictimai qınağa tuş gəlib. O cümlədən hakimiyyət də siyasi mübarizədə bu cür çirkin üsullardan istifadəyə görə qınanılıb. Lakin hakimiyyət bununla kifayətlənməyib. Bir qədər keçəndən sonra Mahmud Mehdiyevin anası Nəhayət Məmmədova Gültəkin Hacıbəyliyə qarşı 50 min dollar borc iddiası ilə məhkəməyə müraciət edib. Maraqlıdır ki, Nəhayət Məmmədovun bu iddia ilə çıxış etməsilə Aynurə Mehdiyevanın saxlanması eyni vaxta təsadüf edir. Bu isə Aynurə Mehdiyevanın sərbəst buraxılması ilə Nəhayət Məmmədovanın iddiası arasında əlaqə olması barədə şübhələrə əsas verir. Ehtimal etmək olar ki, Aynurə Mehdiyevanın sərbəst buraxılmasına görə Mehdiyevlər ailəsi Gültəkin Hacıbəyli ilə bağlı hansısa öhdəliklər götürüb. Güman ki, bu ailə keçmiş deputata qarşı hələ çox absrud iddialarla çıxış edəcək.

Azadlıq.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->