Günəşdə yenidən partlayış baş verib.
"Qaynarinfo" xəbər verir ki, NASA öz "Twitter" hesabından Günəçdə yeni partlayış müşahidə edildiyini açıqlayıb.
Yeni partlayış M8.1 kateqoriyasına aid edilib. Bu partlayış 6 sentyabrda baş verən hadisədən 10 dəfə zəifdir.
Qeyd edək ki, 6 sentyabrda baş verən hadisə son 12 ildə Günəçdə baş verən ən güclü partlayış olub. Son partlayış 1 həftə ərzində baş verən 6-cı belə hadisədir.
Nərmin Həsənli
Qaynarinfo.Az
Şərhlər