Xəbər lenti

Gürcüstan hakimiyyəti Avropa nümayəndə heyətləri ilə danışmaqdan imtina etdi
Dünya 16:27 14.05.2024

Gürcüstan hakimiyyəti Avropa nümayəndə heyətləri ilə danışmaqdan imtina etdi

Gürcüstan hökuməti Almaniya, Polşa, Çexiya, Latviya, Litva və Estoniya nümayəndə heyətləri ilə danışmaqdan imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bundestaqın Xarici Əlaqələr Komitəsinin rəhbəri Mixael Rot bildirib.

"Biz öyrətmək üçün deyil, bir-birimizi dinləmək üçün buradayıq. Bizi ancaq Xarici Əlaqələr Komitəsinin sədri Nikolos Samxaradze qəbul etdi. O, bizi parlamentdə deyil, "Gürcü Arzusu” partiyasının qərargahında qəbul etdi”, – o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, mayın 10-da keçirdiyi brifinqdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Baltik ölkələr, Almaniya, Polşa və Çexiyanın xarici əlaqələr komitələrinin rəhbərləri ilə görüşdən imtina etdiyini bildirib. O, qeyd edib ki, avropalı deputatlar xarici agentlər haqqında qanunu müzakirə etdikdən sonra gəlsələr, daha yaxşı olardı, lakin imtinaya baxmayaraq, komitə rəhbərləri hələ də gəlməyə hazırdırlar. Papuaşvilinin sözlərinə görə, o, avropalı diplomatlara xəbərdarlıq edib ki, radikal müxalifət onların səfərini radikal hərəkətlər kimi qiymətləndirə bilər.

Dünən, mayın 13-də Gürcüstan parlamentinin komitəsi xarici agentlər haqqında qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib. Yeni düzəlişlər "xarici təsir agenti” ifadəsini "xarici gücün maraqlarını güdən təşkilat” ifadəsi ilə əvəz edir. 

Bu gün Gürcüstan parlamenti mübahisəli qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Son bir neçə gün ərzində ölkə paytaxtında qanun layihəsinə baxılmağa başlayandan bəri ən böyük mitinqlər keçirilir. Reuters-in məlumatına görə, mayın 11-də keçirilən yürüşdə 50 mindən çox insan iştirak edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->