Dünya 11:30 12.11.2013

Gürcüstanda türk və iranlılara qarşı aksiya - FOTOLAR


Dünən Tiflisdə etiraz aksiyası keçirilib.

Qaynar.info
gürcü mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları paytaxtda fəaliyyət göstərən İran və türk restoranlarının bağlanmasını tələb ediblər.

Aksiya Facebook sosial şəbəkəsi vasitəsilə təşkil olunub, daha sonra onlara "Milli Cəbhə" və "Gürcüstan milli azadlıq hərəkatı"nın üzvləri qatılıb.

Mitinq iştirakçıları bildiriblər ki, İran və türk restoranlarına gürcülər buraxılmır.

"Gürcüstan gürcülər üçün!" şüarını səsləndirən mitinq iştirakçıları əvvəlcə Tiflisin "Redisson İveriya" oteli, daha sonra türklərə məxsus "Qara Dəniz" restoranının qarşısında aksiya keçiriblər. Hətta restorana da zorla girməyə çalışıblar.

"Gürcüstan milli azadlıq hərəkatı"nın liderlərindən olan İrakli Çereteli bildirib ki, türk və İran restoranlarına gürcü qızları buraxılır, amma kişilər buraxılmır: "Belə yerlər getdikcə fahişəxanalara, əxlaqsız yerlərə çevrilir. Gürcülərin bar və restoranlara buraxılmaması daha çox cinayətdir, nəinki fahişəlik. Əgər kişi ora daxil olmaq istəyirsə ona deyirlər ki, sən gürcüsən bura girə bilməzsən. Biz bunun qanun çərçivəsində həll olunmasını istəyirik. Hər bir gürcü Gürcüstan ərazindəki hər yerə girə bilər. Əgər bu olmayacaqsa biz qürurlu insanları evlərindən çağırıb Tiflisdəki türk və İran restoranlarını yandıracağıq. Beləsini heç rus işğalçıları Gürcüstanın işğal olunmuş ərazilərində etmirlər".

Qaynar.info