16 yaşında oldğu zaman tatulara maraq göstərməyə başlayan Amber Luke adlı qız gözü daxil bədənini tatularla qapayıb və vücudunu sözün əsl mənasında sənət əsərinə çevirib.

Qaynarinfo xəbər verir ki, 23 yaşlı Amber bunun üçün indiyədək 10 min dollar xərcləyib. O, bu addımına görə heç vaxt peşman olmadığını bildirib.

Keçmiş görüşününün sadə və cansıxıcı olduğunu bildirən 23 yaşlı qız dilini belə ikiyə ayırtdırıb. Ləqəbi "Mavi gözlü bəyaz Əjdər" olan Amberin "Instagram"da minlərlə izləyicisi var. O, indiyədək bədəninə 50-dən artıq tatu etdirib.

Gözlərinə döymə etdirərkən kor olmaq təhlükəsi ilə üzləşən Luke dilini kəsdirən zaman 1 həftə yemək yeməyib. Anası və ailəsi onun bu adamına hər zaman dəstək olub.

O, indi də dişlərini kəsdirərək vampir dişinə çevirmək niyyətindədir.