Ölkə 16:01 11.10.2013

Hacıqabulda silah-sursat tapıldı


Faktla bağlı araşdırma aparılır

Hacıqabulda silah-sursat aşkarlanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hacıqabul rayon polis şöbəsi əməkdaşları tərəfindən rayon ərazisindən 3 ədəd qumbara, 4 ədəd fişəng, 5 ədəd avtomat patronu, 3 ədəd alışdırıcı və 1 ədəd patron darağı tapılıb.

Faktla bağlı araşdırma aparılır.


Qaynar.info