Xəbər lenti

Maqazin 10:20 07.12.2017

Hadisə Yeni ili Azərbaycanda keçirəcək

Türkiyə mediası müğənni Hadisənin Yeni illə bağlı Azərbaycanda konsert proqramı verəcəyini yazıb.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, ifaçıya bunun qarşılığında 1 milyon lirə (təxminən 500 min AZN) qonorar təklif olunub.

Qeyd edək ki, bir müddət öncə Tarkanın da Yeni ildə ölkəmizdə konsert proqramı ilə çıxış edəcəyi xəbərləri yayılmışdı. Lakin Tarkan Kiprdən gələn təklifi qəbul etdiyi üçün Azərbaycana gəlməyəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->