Siyasət 15:59 02.07.2013

Hafiz Haciyev prezidentdən Əli Kərimlinin həbs edilməsini xahiş etdi

Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyevin eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Baş prokuror Zakir Qaralova ünvanladığı müraciətə əsasən Bakı şəhər Prokurorluğunda zəruri istintaq tədbiri başlanıb. Dindirmələrin yekunu olaraq, toplanmış material üzrə Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

Partiyanın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, başlanmış cinayət işində Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləməsi faktı tam sübuta yetirilib. 

Məlumatda bildirlir ki, cinayətdə suçlu bilinən Əli Kərimlinin bu günə qədər dindirilməməsi, o cumlədən həbs edilməməsi MMP sədri Hafiz Hacıyev tərəfindən birmənalı qarşılanmayıb və bəzi dairələrin AXCP sədrinə güzəştə getdiyi qənaətinə gətirib çıxarmasın səbəb olub. Partiya sədri hesab edir ki, yuxarı inistansiyalar Əli Kərimlini həbs etməməklə, ona dəstək nümayiş etdirirlər.

Hafiz Hacıyev bu günə qədər vahid namizəd məsələsində heç kimə güzəştə getməyən AXCP sədrinin, bu gün kiməsə güzəştə getməsini, ölkədə çevriliş etmək və bu cinayətdən yayınmaq məqsədi ilə atılmış addım hesab edir.

Bunun üçün MMP sədri Əli Kərimovun həbs edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət edib. O, bu məsələ ilə bağlı ölkə Prezidentinin qəti fikir bildirməsini xahiş edib.

Qaynar.info