Video 16:33 18.08.2018

Halı pisləşən süpürgəçi qadın: "Sağ-salamatam, sabah da işimi davam etdirəcəyəm" (VİDEO)

Suraxanı-Zığ yolunda huşunu itirərək yıxılan qadının vəziyyəti yaxşıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə MKTB-nin baş mühəndisi Tural Zeyniyev məlumat verib. O, qadının keçinməsi ilə bağlı yayılan məlumatların yanlış olduğunu deyib.
 
Qadın isə sağ-salamat olduğunu və sabahdan etibarən işini davam etdirəcəyini bildirib:
 
"Başım gicəlləndi, yıxıldım yerə. Sağ olsunlar köməyə gəldilər, qaldırıb həkimə apardılar. Nə lazmdısa, etdilər. Şükür Allaha... Deyiblər ölmüşəm. Amma ölüb eləməmişəm, sağ-salamatam. Allah qoysa sabah da işimi davam etdirəcəyəm".
 
Çingiz Səfərli