Dünya 09:11 20.12.2013

Hamilə müəlliməni asdılar - VƏHŞİLİK


Naməlum silahlılar qadın polisi və hamilə müəlliməni oğurlayaraq edəm ediblər

Əfqanıstanda qadınlara qarşı zülm və qəddarlıq halları hələ də davam edir.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, NATO qüvvələrinin çəkildiyi bölgələrdən birində qadın polislə hamilə müəllimə naməlum şəxslər tərəfindən asılıblar.

İki uşaq anası olan Firuzə polis və hamilə müəllimə bu həftənin bazar ertəsi günü ölkənin cənubundakı Uruzqan əyalətindən qaçırılmışdılar. Əyalət valiliyini nümayəndəsi Abdullah Hemat bildirib ki, aparılan müayinələr onların asılaraq qətlə yetirlidiyini sübut edir.

Qeyd edək ki, ABŞ və müttəfiq hərbi qüvvələrinin çəkilməsindən sonra Əfqanıstanda işləyən qadınlara qarşı hücumların daha da artıb. Bu hücumlarən min bir çətinliklə əldə edilmiş hüquqların məhv olması, bölgədə narahatçılığa səbəb olub.

Qaynar.info