Xəbər lenti

Hamiləlik zamanı lazer epilyasiyası etdirmək olarmı?
Sağlamlıq 19:23 03.12.2017

Hamiləlik zamanı lazer epilyasiyası etdirmək olarmı?

Arzu olunmaz tüklərdən xilas olmanın ən təsirli üsullarından biri olan lazer epilyasiyası hazırda qadınlar tərəfindən bədənin müxtəlif nahiyələrindəki tüklərin təmizlənməsi üçün istifadə olunan ən yaxşı və ən təsirli, eyni zamanda təsiri uzun müddət davam edən üsullardan biridir. 

Hər zaman lazer epilyasiyasiyasının hamilə qadınların sağlamlığına təsiri varmı? Hamiləlik dövründə bu tip epilyasiya qorxuludurmu? kimi suallar xanımları narahat edir. Bu xəbərimizdə qeyd olunan fikirlərlə tanış olaraq bu suallarınıza cavab tapa bilərsiniz:

Lazer epilasyasının hamiləlik dövründə etdirilməsi ilə bağlı mütəxəssislər ana namizədlərinə xəbərdarlıq edirlər. Belə ki, dermatoloq mütəxəssislər hamiləlikdə lazer epilyasiya etdirməyin təhlükəli ola biləcəyini bildirir. Xüsusilə, hamiləliyin ilk üç ayında ananın bu vəziyyətdə narahatlıq yaşaya biləcəyi etimal edildiyi üçün arzu olunmaz tüklərdən azad olmaz üçün lazer epilyasiyasından istifadə etmək tövsiyyə edilmir. Hamiləlikdən əvvəl başlanmış lazer epilyasiya proseduru varsa, hamiləlik müddətində təxirə salmaq lazımdır.

Lazer epilyasiya etdirmək üçün ən doğru zaman soyuq mövsümlərdir. Lazer epilyasiya ediləcək nahiyənin lazer epilyasiyasını həyata keçirəcək mütəxəssis tərəfindən ətraflı müayinə olması tövsiyyə edilir. 

Nərmin Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->