Dünya 13:27 20.08.2018

Harvi Vaynsteynin qurbanı olan aktrisa cinsi zorakılıqda ittiham edilir

Amerikalı prodüser Harvi Vaynsteyn tərəfindən zorlandığını iddia edən italiyalı aktrisa Asiya Arcento cinsi zorakılıqda ittiham edilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Vaynsteyn və qadınlara qarşı cinsi zorakılıq əleyhinə təşkil edilmiş "#MeToo" hərəkatının aktiv iştirakçılarından olan Arcento aktyor Cimmi Bennettə 380 min dollar təzminat ödəyib. Hadisə 2013-cü ildə Kaliforniyada baş verib və o zaman Bennettin 17, Asiya Arcentonun isə 37 yaşı olub. Kaliforniyada cinsi yetkinlik yaşı 18-dir. 

Qeyd edək ki, aktrisa 1997-ci ildə Kann Film Festivalı zamanı Harvi Vaynsteyn tərəfindən zorlandığını açıqlamışdı.

Gülşən