İdman 10:57 26.12.2018

Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirildi

UFC çempionu Həbib Nurməhəmmədov istintaqa cəlb olunub.

Qaynarinfo "Telegram”da yayımlanan "Ploxoy leytenant” kanalına istinadən xəbər verir ki, dağıstanlı döyüşç İŞİD-lə bağlı dindirilib.

Rusiya Sərhəd Xidmətinin əməkdaşları Nurməhəmmədovu Rusiyadan Türkiyəyə uçmaq istəyərkən hava limanındakı nəzarət-buraxılış məntəqəsində sorğu-sual ediblər. Bu hadisə idmançını qəzəbləndirib. Sonda dindirmə üçün gələn əməliyyatçılardan biri Həbiblə şəkil çəkdirib və sərbəst buraxılıb.