Xəbər lenti

Dünya 16:15 08.12.2019

Həftə sonları ölmək qadağan edildi

Fransanın 900 nəfər sakini olan "La Qrel" icmasının meri İzabel Dyujle sakinlərə həftə sonları, eləcə də bayram günlərində öz evlərində ölməyi qadağan edib. Merin bu bəyanatı icmanın rəsmi səhifəsində də qeyd olunub.

Qaynarinfo bizimyol.info-ya istinadən xəbər verir ki, Dyujlenin bu qərarı bölgədə yetərincə həkimin olmaması ilə bağlıdır: "Bu provokasiyalı əmrimin arxasında bölgədə bir çox sakinin səhiyyə ilə bağlı problemləri və böyük dərdləri var".

Qeyd edək ki, ötən həftə Dyujle icma sakinlərindən birisinin ölüb-ölmədiyindən əmin olmaq üçün qonşu kənddən həkim çağırmaq məcburiyyətində qalıb. Bildirilib ki, həmin gün halı pisləşən sakini müalicə edən həkimin istirahət günü olub, təcili yardım briqadası isə həkim qıtlığı olan digər bölgədə olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?