Xəbər lenti

Luvr muzeyi
Sənət 17:22 29.04.2024

Luvr muzeyi "Mona Liza"nı zirzəmiyə köçürməyi planlaşdırır

Dünyanın ən məşhur təsviri sənət şedevrlərindən biri olan Leonardo da Vinçinin "Mona Liza" əsəri Luvrdakı adi yerindən yoxa çıxa bilər: muzeyin rəhbərliyi rəsm əsərini xüsusi yeraltı otağa köçürməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Telegraf" qəzeti yazıb.

Materialda bildirilir ki, Luvr ziyarətçiləri arasında "Mona Liza"nın böyük populyarlığına baxmayaraq, sorğulara əsasən, onlar onu görmək üçün keçməli olduqları yoldan məyus olurlar. 

"Mona Liza"nın ayrı otağa köçürülməsi ictimaiyyətin məyusluğuna son verə bilər", deyə Luvrun direktoru Laurens de Karse bildirib.

16-cı əsrin italyan rəsmləri sərgisinin kuratoru Vinsent Deleven onunla razılaşır. O qeyd edib ki, ziyarətçilər üçün rəsm insanlardan uzaq məsafədə olduğundan poçt markasına bənzəyir. Deleven həmçinin əlavə edib ki, da Vinçi özü rəsmlə insan arasında daha yaxın münasibət qurmaq istəyir, ona görə də mövcud vəziyyət rəssamın niyyətinə ziddir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->