İngiltərə Xalq Səhiyyəsi Tədqiqat İnstitutu həkim və tibb bacılarının gördüyü işlərin bir qismini robotlara tapşırmağı məsləhət görüb.

Qaynarinfo xəbər verir ki, institutun hesabatına görə, robotlar xəstələrə baxa, əməliyyat sonrası fizioterapiyada iştirak edə bilər. Süni intellektlə işləyən sistemlər isə döş və dəri xərçənginə, göz və ürək xəstəliklərinə diaqnoz qoya bilər. 

Belə bir sistem yaradılsa, ölkədə 13 milyard funt qənaət etmək mümkündür. 

Digər tərəfdən isə 1,3 milyon səhiyyə nümayəndəsinin işlərinin robotlar tərəfindən ələ keçirilmə təhlükəsi var. Lakin tədqiqatda bildirilir ki, robot və süni intellekt insanlara kömək edəcək, onların yerini tutmayacaq.

Gülşən