Xəbər lenti

Dünya 18:03 02.07.2013

Həkimlərdən xəbərdarlıq: "Timoşenkonun səhhəti kritikdir"

Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenkonun qızının bir neçə gün əvvəl anasının səhhətinin ağır olması ilə bağlı verdiyi açıqlama alman həkimlər tərəfindən təqsidlənib. 

Qaynar.info-nun Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Berlinin "Şarite" klinikasının baş həkimi Karl-Maks Aynxoypl bildirib ki, keçmiş baş nazirini vəziyyəti getdikcə ağırlaşır və onun Almaniyada müalicə alması olduqca vacibdir. 

Timoşenkonun qızı alman həkimlərin təcili əməliyyatla bağlı israr etdiklərini və əməliyyat olunmadığı təqdirdə anasının əlil qala biləcəyini deyib. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->