Xəbər lenti

Ölkə 19:15 18.01.2024

"Hər dərslikdən iki ədəd çap edilsin" - Təhsil ekspertindən təklif

Təhsil eksperti Kamran Əsədov orta məktəblərdə dərsliklərin çap sayının artırılması ilə bağlı irəli sürdüyü təklifinin səbəblərini açıqlayıb.
 
Ekspert Qaynarinfo-ya açıqlamasında bildirib ki, şagirdlərə hər kitabdan iki nüxsə verilməlidir:

"Hesab edirəm ki, müvafiq qurumlar buna daha müsbət yanaşar. Çünki kitablar dövlət büdcəsinin vəsaiti ilə çap olunur. Bu vəsait şagirdlər üçün təhsilin keyfiyyətinin yüksəldilməsinə, sağlam həyat tərzinin formalaşmasına istiqamətlənəcək".
 


Kamran Əsədov bildirib ki, hazırda Azərbaycanda 4432 orta məktəbində 1,6 milyon şagird təhsil alır:

"Onların hər birinə dövlət tərəfindən dərsliklər bir nüxsə pulsuz verilir. Şagirdlər dərslik baxımından əziyyət çəkmirlər. Bu gün şagirdlərə verilən kitabların çəkisi və çantaların ağırlığı onların fiziki vəziyyətinə, sağlamlığına müəyyən qədər təsir edir. Azərbaycan məktəblisinin daşıdığı çantanın çəkisi yüngülləşdirilməlidir. Bunu aradan qaldırmaq üçün təkliflərdən biri şagirdlərə iki nüxsə dərsliklərin verilməsidir. Bu nüxsələrin biri məktəblərdə saxlanılmalı, ikincisi isə evdə. Şagird məktəbə ancaq dəftər aparmalıdır. Nazirlik bu məsələyə müsbət yanaşa bilər. Bizim üçün ən vacib məqam insanların sağlamlığı və təhlükəsizliyidir”.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->